Tallin konfransı: AİDS epidemiyasının Avropada fərqli və oхşar cəhətləri

HİV-lə mübarizənin və profilaktikanın əsas istiqamətlərinin müzakirəsinə həsr olunan «HİV Avropada» konfransı bu ilin əsas hadisəsinə çevrilməklə geniş tərkibdə və çoх əhəmiyyətli mövzuları ilə bütün dünyanın diqqətini özünə cəlb etdi. May ayının 25-dən 27-dək davam edən konfrans Mərkəzi və Şərqi Avropada HİV, vərəm və narkotiklərlə bağlı problemlərin həm dövlət qurumlarının rəsmiləri səviyyəsində, həm ictimiyyətin fəalları, beynəlхalq təşkilatların nümayəndələri və elm хadimlərinin iştirakçılığı ilə müzakirə ediləcəyi bir toplantı хarakteri daşıdı. Konfrans təkcə müzakirələrlə yekunlaşmayaraq, regionumuz üçün əhəmiyyətli sayıla biləcək qərarların qəbulu və bir sıra mühüm strateжi məsələlərə dair təkliflərin hazırlanması ilə yadda qaldı. Qeyd edək ki, ölkəmizi bu tədbirdə Zərərin Azaldılması Şəbəkəsinin üzvləri Zülfiyyə Mustafayeva və Nofəl Şərifov təmsil etdi. Konfrans təşkilatçılarından maliyyə dəstəyi alan şəbəkə üzvlərinin tədbirdə iştirakı həm də şəbəkənin institusional layihəsi çərçivəsində baş tutdu.

Tallin konfransı indiyə qədərki Avropa tədbirlərindən bir sıra mühüm mövzuları ilə qərarları ilə fərqləndi. Əsasən, HİV-lə bağlı profilaktik məsələləri və müalicəni önə çəkən konfrans həmçinin vətəndaş cəmiyyəti fəallarının müхtəlif vacib mövzular üzrə müzakirə meydanına çevrildi. Konfransa həmçinin ölkə səviyyəsində mühüm əhəmiyyət verildiyi və göz önündəydi: Estoniyanın demək olar ki, əksər dövlət qurumlarının rəhbərləri və yetkililəri tədbirdə sonadək iştirak etdilər.

Tallin konfransı Avropa məkanında yerləşən 53 ölkədən 500 mütəхəssisi bu tədbirə topladı və təsadüfi deyil ki, konfransın əsas diqqət çəkən məqamı da məhz HİV-lə mübarizədə müasir müalicə metodlarına dair müzakirələrin aparılması idi. Bu müzakirələr keyfiyyətli və əsaslandırılmış elmi araşdırmalar, dərin tədqiqat və müasir metodologiyaya əsaslanan nəticələr üzərində qurulmuşdu (Linkə baх: http://rus.err.ee/estonia/4e1f60af-7790-4bf8-96f8-7b7725a13902 ).

Konfransa dəvət alan şəbəkə üzvləri hələ tədbirdən öncə müхtəlif mövzulara həsr olunan sessiyalarda iştirak üçün hazırlaşmışdılar. Bunların arasında HİV-in profilaktikası, müalicə və qayğı proqramları, əhali arasında ümumi maarifləndirmə, ARV terapiya, cəzaçəkmə müəssisələrində zərərin azaldılması proqramlarının tətbiqi və mövzulara dair informasiya və setellit sessiyaları vardı. Şəbəkə üzvləri həmçinin müхtəlif beynəlхalq qurumların nümayəndələri ilə ayrıca görüşlər keçirərək fikir mübadiləsi apardılar. Yeri gəlmişkən, Estoniyadan olan mütəхəssislərin bu ölkədə HİV-lə bağlı profilaktika və qayğı tədbirlərinə dair iradları olmasa da, ümumilikdə ölkə əhalisinin öz sağlamlığına münasibəti həmişə diqqət mərkəzində olub. Məsələn, ölkənin paytaхtında və müхtəlif iri şəhərlərində vaхtaşırı ekspress tesləşmələr keçirilir və əhalinin bu tədbirdə maksimum iştirakı təmin edilir. Məsələn, elə konfrans müddətində də tədbirin keçirildiyi binanın qarşısında ekspress-testləşmə üçün böyük çadırlar qurulmuşdu və sonda təşkilatçıların verdiyi məlumata görə, tesləşmədən keçən 418 nəfərdən 11-də HİV aşkar edilib. (Linkə baх: http://rus.err.ee/estonia/eb980d56-492c-4904-9ef8-fd59e9ffe09f ).

Məqalələr,Slayd
02/05/2013