18-ci Vyana konfransında

İyul ayının 18-23-də Şəbəkə üzvləri 18-ci Vyana konfransında iştirak etdi. Əhatə dairəsinə və mövzularına görə digər anoloji tədbirlərdən olduqca yüksək səviyyədə keçən Vyana konfransına qatılan həmkarlarımız – Zülfiyyə Mustafayeva, Nofəl Şərifov və Kamran Rzayev müхtəlif tədbirlərdə və görüşlərlə iştirakla yanaşı, vətəndaş cəmiyyətinin ayrı-ayrı aksiyalarına qoşuldular.

Azərbaycan nümayəndə heyəti ilə birlikdə (parlament üzvləri, yerli və beynəlхalq təşkilatlar) qarışılıqlı işgüzar əməkdaşlıq çərçivəsində keçən bu səfər şəbəkə üzvləri üçün böyük təcrübə, yeni təşkilatlar və insanlarla tanışlıq imkanları yaratdı, həmçinin şəbəkə barədə daha geniş çevrədə məlumatları yaymaq fürsətini verdi. Şərqi Avropa regionu üzrə vətəndaş cəmiyyətinə təqdim edilən güşədə şəbəkə üzvləri şəbəkənin fəaliyyətini əks etdirən bükletlərlə həmkarlarını tanış etdi.

Azərbaycan nümayəndə heyətinin konfransda iştirakı çərçivəsində 1 şifahi və 1 yazılı (poster) təqdimatı oldu və nümayəndələrimiz həmçinin müхtəlif nüfuzlu təşkilatların rəhbərləri ilə görüşdülər.

Aşağıdakı linkdə siz konfransa aid geniş fotosessiya və video materiallarla tanış ola bilərsiniz.

Məqalələr
02/05/2013