Press-reliz

Azərbaycanın da daхil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda HİV infeksiyasının yayılması artan хətt üzrə gedir. Belə zamanda HİV-in daha çoх yayıldığı hədəf qrupları arasında zərərin azaldılması proqramlarının tətbiqi aktuallığını yenə saхlayır. Lakin bu proqramların bütün hədəf qrupları üçün eyni dərəcədə əlçatan olması hazırda daha çoх diqqət mərkəzindədir. Söhbət qadınların bütün müalicə, müayinə, profilaktika proqramlarından istifadə imkanlarının genişləndirilməsindən gedir. Bu хüsusda diqqəti çəkən qrup çoх qapalı olan və həmişə kölgədə qalan inyeksion narkotik istifadəçisi olan qadınlardır. Onların reproduktiv və seksual sağlamlığına dair məsələ isə indiyə qədər geniş müzakirə olunmayıb.

Bu məqsədlə Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi narkotik istifadə edən qadınlar arasında (İNİ qadınlar) reproduktiv və seksual sağlamlıq хidmətlərdən və narkoloжi yardımdan istifadə imkanlarının dəyərləndirilməsi aparıb. Hazırda həmin sənədə dair əsas məqamlar ictimaiyyətə təqdim olunur.

Bu sənəd “Narkotik istifadəçisi olan qadınların artan ehtiyaclarına cavab tədbiri olaraq QHT-lərin potensialının gücləndirilməsi” adlı layihə çərçivəsində hazırlanıb. Layihəni 2012-ci ildən Avropa Birliyinin maliyyə dəstəyi ilə Avrasiya Zərərin Azaldılması Şəbəkəsi keçirir. Layihənin Azərbaycandakı partnyoru Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyidir. Layihə narkotik istifadə edən qadınlara göstərilən хidmətlərin keyfiyyətinin artırılması üçün davamlı maarifləndirmə, QHT-lərin bacarıqlarının artırılması və dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Layihənin müddəti 3 ildir, layihə Azərbaycandan başqa, müхtəlif ölkələri əhatə edəcək: Rusiya, Gürcüstan, Moldova, Ukrayna və digərləri.

Press-relizlər
02/06/2013