TƏDBİRƏ DƏVƏT

Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi 06 noyabr 2012-ci il tarixində saat 11.00-da Kaspian Plazanın konfrans zalında (C.Cabbarlı 44, Kaspian Plaza 3, 2-ci mərtəbə) dəyirmi masa keçirir. Tədbir narkotik istifadə edən qadınlar arasında (İNİ qadınlar) reproduktiv və seksual sağlamlıq хidmətlərdən və narkoloji yardımdan istifadə imkanlarının dəyərləndirilməsinə dair sənədlə bağlı müzakirələrə həsr olunub.

Bu sənəd “Narkotik istifadəçisi olan qadınların artan ehtiyaclarına cavab tədbiri olaraq QHT-lərin potensialının gücləndirilməsi” adlı layihə çərçivəsində hazırlanıb. Layihəni 2012-ci ildən Avropa Birliyinin maliyyə dəstəyi ilə Avrasiya Zərərin Azaldılması Şəbəkəsi keçirir. Layihənin Azərbaycandakı partnyoru Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyidir. Layihə narkotik istifadə edən qadınlara göstərilən хidmətlərin keyfiyyətinin artırılması üçün davamlı maarifləndirmə, QHT-lərin bacarıqlarının artırılması və dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Tədbirdə maraqlı tərəfləri və KİV nümayəndələrini görməyə çoх məmnun olarıq. Əlaqədar suallarla 050 668 56 02 nömrəli telefona zəng vurub məlumat ala bilərsiniz.

Məqalələr
02/06/2013