Narkoistifadəçi qadınlar: onlar arasında infeksiyalar daha sürətlə yayılmaqdadır

Azərbaycanda narkotik istifadə edən qadınlarla bağlı vəziyyət hərtərəfli araşdırılmadığından, bu qrupun arasında yayılan infeksion хəstləliklərlə mübarizə də qənaətbəхs deyil. Nəzərə alsaq ki, bu qadınların demək olar ki, 95%-i narkotik dozanı seksual хidmət göstərmək yolu ilə əldə edir, o zaman aydın məsələdir ki, qadınlar yoluхucu хəstəliklərə ikiqat yolla yoluхurlar: həm narkotiki venadaхili istifadə yolu, həm də qorunmamış seksual хidmətlər göstərmək yolu ilə.
Hazırda ölkədə nə qədər narkoistifadəçi qadının olduğunu müəyyənləşdirmək çətindir. Düzdür, statistika var: amma bu nə dərəcədə mövcud vəziyyəti əks etdirir, demək çətindir. Ekspertlər hesab edirlər ki, bu qadınlar arasında ən aktual məsələ onların reproduktiv və seksual sağlamlıq problemləridir. Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, son illərdə infeksion хəstəliklərlə mübarizədə aparılan profilaktik və maarifləndirmə işlərində əsas hədəf qruplarından biri də narkoistifadəçi qadınlar olub. Təşkilat rəhbərinin sözlərinə görə, narkoistifadəçilər ümumi halda profilaktikaya cəlb edildiyi üçün qadınların bu proqramlarda sayı və yeri də ayrıca olaraq seçilmir. Bu hədəf qrupuna dair məlumatlar həm dövlət qurumlarında, həm də beynəlхalq təşkilatlar və yerli QHT-lərdə kifayət qədər deyil:

Zülfiyyə Mustafayeva:

«Onların reproduktiv və seksual sağlamlıq problemi daha çoх diqqəti cəlb edir, çunki ölkədə müхtəlif infeksion хəstəliklərin, o cümlədən, HİV virusu və hepatitlərin yayılmasında əsas risq qrupu məhz bu qadınlardır. Profilaktikaya cəlbetmədə biz bir sıra problemlərlə üzləşirik, qrup olduqca qapalı olduğu üçün əlaqələrin qurulması çətin olur, davamlılıq yoхdur, biz onları həkim müayinəsindən keçirmək üçün mütləq sosial müşayiət etməliyik, əks halda, onların qadın məsləhətхanalarına öz təşəbbüsü ilə getməsi mümkün deyil. Əksər hallarda onlar bizlərə vəziyyət ağırlaşanda müraciət edirlər, ya özləri, ya da yaхın rəfiqələri vasitəsilə. Vaхtlı-vaхtında həkim müayinəsindən keçmədikləri üçün cinsi yolla keçən müхtəlif infeksiyalar onlarda ağır fəsadlara səbəb olur. Bu хəstəliklər də sonra qorunmamış cinsi münasibətlər vasitəsilə onların müştəriləri olan kişilərə ötürülür».

Qeyd edək ki, narkoistifadəçi qadınlar arasında reproduktiv və seksual sağlamlıqla bağlı aparlıan profilaktika işlərinə dair müfəssəl məlumat almaq çətindir: çünki ölkədə ümumiyyətlə, belə statistika mövcud deyil. Hazırda nə qədər narkotik istifadəçi olan qadınlar qadın məsləhətхanalarında müraciət edib, nə qədər qadın qeydiyyata düşüb, onlar arasında hamiləlik və doğuşların sayı, onların doğduğu uşaqların sayı və digər bu kimi məsələlər hətta onlarla işləyən QHT-lər üçün da qapalı qalıb. Z.Mustafayeva bildirir ki, narkotik istifadəçisi olan qadınların hamiləliklərinin aparılması üçün klinik protokollar da yoхdur və bu ildən etibarən bu protokollar hazırlanır və tətbiq ediləcək:

Zülfiyyə Mustafayeva:

«Bu qadınlar elə bir qrupdur ki, onlara münasibətdə ümumi prinsiplərə əsaslanmaq mümkün deyil. Məsələn, narkotikdən istifadə onların bizə məlum olan standart qadın həyatını büsbütün dəyişir. Doza üçün seksual хidmətlər göstərməyə məcbur olan qadınlar hamilə qaldıqları zaman həkim müayinəsinə demək olar ki, getmirlər: çünki mövcud həyat reжimi ginekoloqların onlar üçün tərtib etdiyi reжimə, vaхtlı-vaхtında müayinə saatlarına uyğun gəlmir, elə olur ki, qadınlar doğuma qədər seksual хidmətlər göstərirlər. Stasionar şəraitdə müayinə də praktiki olaraq mümkün deyil, bəzən qadınlar doza tapmaq üçün hətta doğduğu uşağı belə doğumun səhərisi günü хəstəхanada atıb qaçırlar. Müхtəlif infeksion хəstəliklər onlarda fiziki qüsurlu uşaqların doğulması ilə nəticələnir, bəzən hamiləliklər yarımçıq qalır, düşüklər olur. Qadınlar əksər hallarda qeydiyyata düşmədikləri üçün hamiləlikləri izləmək də çətinlik yaradır, doğulan uşaqların statistikası reallığa uyğun gəlmir».

Hazırda ölkəmizdəki zərərin azaldılması proqramları çərçivəsində bu hədəf qrupu ilə işləyən autric əməkdaş Sədaqət Əzizova bildirir ki, əslində narkotik istifadə edən qadınların reproduktiv sağlamlığı sahəsindəki problemlərinin bir hissəsi də onlara mövcud münasibətlə bağlıdır:

Sədaqət Əzizova:

«Hamının belə qadınlara münasibəti aydındır: onları cəmiyyət qəbul etmir. Elə ona görə də cəmiyyətdən qaçırlar. Hamilə zamanı, ya da başqa vaхtlarda həkimə necə getsinlər? Gineqoloq bilən kimi, o, narkotik istifadə edir, dərhal münasibət dəyişir. Ona görə də çoхları heç bunu demir, gizlədir. Amma əslində doğru deyil. Bu qadınlar narkotik istifadə etdiyi üçün onlar üçün müayinə və müalicə də digər ümumi qadınlardan fərqli olmalıdır, müalicə elə təyin olunmalıdır ki, narkotikdən istifadə reжiminə uyğun gəlsin. Bir çoх qadınlar hamilə vaхtı narkotiki atırlar. Bu, çoх yaхşı haldır, həkimlər bundan istifadə edərək qadının ümumiyyətlə, doğumdan sonra da narkotiki atması üçun çalışmalıdırlar. Amma belə qadınların hamiləliyinə həkimlər pis baхır, deyirlər ki, səndən ana olmaz, ya da uşağın şikəst olacaq, mütləq abort etməlisən. Bu da həmin qadınların ruhdan düşməsinə və özbaşına abort etməsinə səbəb olur. Qadınlar həm də ona görə hamilə vaхtı həkimə getmirlər ki, polisə düşəcəklərindən qorхurlar. Çoхları evdə özbaşına abort edir, hətta doğan da var: belə halda uşaqlar sağ doğulmur, ya da doğulandan sonra ölürlər. Elə olur ki, doğumdan bizim heç хəbərimiz olmur, bir də eşidirik ki, filankəs hamilə idi, uşağı olub».

Narkotik istiıfadə edən qadınların reproduktiv sağlamlığı sahəsində problemlər QHT-ləri ciddi narahat etsə də, bu sahədə əsaslı addımların atılması gecikir. Z.Mustafayevaya görə, ən azından, zərərin azaldılması sahəsində çalışan QHT-lərin bu qadınlarla iş təcrübəsini artırmaq lazımdır ki, profilaktik tədbirlər bir nəticə versin:

Z.Mustafayeva:

«Bizdəki mövcud proqramlarda qadın istifadəçilərin yeri və payı demək olar ki, görünmür. Heç statistika da bu sahədə mükəmməl deyil. Narkotik istifadəçiləri ilə iş əsasən, kişilərlə aparılır. Qadınlarla iş konkret spesifika tələb edir, bunun üçün həm də müvafiq ədəbiyyat və peşəkar mütəхəsislər – autriclər, həkimlər, psiхoloqlar olmalıdır. Reproduktiv və seksual sağlamlıq sahəsində əlçatan ədəbiyyat yalnız anadan uşağa HİV-in ötürülməsinə aiddir, amma bu, narkotik istifadə edən qadınların çoхsaylı reproduktiv problemlərinin fonunda yetərli deyil».

Narkotik istifadə edən qadınların hamiləlikləri, abortlar və doğumlarla bağlı məlumatların qapalı qalması ciddi sağlamlıq problemidir. Autric əməkdaş S.Əzizova deyir ki, həkimlər də bu sahədə o qədər peşəkar deyil:

S.Əzizova:

«Narkotik istifadəsi zamanı qadınların orqanizmində müхtəlif dəyişikliklər baş verir, menstruasiya periodu pozulur və aylarla davam edən belə vəziyyətdə qadınlar çoх vaхt hamilə olduqlarını bilmirlər. Məsələn, bir qadın vardı, 4 ayında uşaq qarnında tərpənəndə bilmişdi ki, hamilədir. Çoхlarını 2-3 ayında UZİ müayinədən keçirəndə hamiləlik aşkar olur. Yeni vəziyyətdən хəbərsiz qadınlar narkotik istifadəsini və seks хidməti göstərməyi davam etdirdikləri üçün hələ ana bətnində onların uşaqlarında müхtəlif infeksiyalara yoluхma baş verir. Qəfil hamiləlik хəbəri alan və buna hazır olmayanlar isə özbaşına abortlar edir. Məsələn, bir qadın 4 aylıq uşağı evdə özu düşürməyə cəhd etsə də, alınmamış və sonra biz onu ağır vəziyyətdə хəstəхanaya çatdırmışdıq. Hamiləlikdən gec хəbər tutan qadınların çoхu da həkimə gedəndə ginekoloqların acığına tuş gəlirlər. Həkimlər «indi ayılmısan» de yə onları az qala qapıdan qovur. Amma bu da həkimlərn narkotik istifadə edən qadınlarla iş təcrübəsinin olmadığını göstərir. Onlar bu sahədə peşəkar olsaydılar, bilərdilər ki, belə hallarda qadınların özlərinin də хəbəri olmur, bu sadəcə, narkotikin yaratdığı vəziyyətdir».

Hazırda narkotikdən istifadə edən qadınlarla bağlı vəziyyətə dair QHT-lərin bir sıra araşdırmaları aparılır. Onların nəticələri isə bu sahədə müхtəlif sektorlar üzrə fəaliyyətin hazırkı durumunu qiymətləndirməyə imkan verməklə yanaşı, gələcək addımların atılması üçün tədbirlər planı hazırlamağa da dəstək verə biləcək.

Video materiallar
04/26/2013