Azərbaycanda Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir

Azərbaycan vətəndaşları arasında HİV-ə yoluxma hallarının təxminən 64%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş verib

Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, Azərbaycan vətəndaşları arasında HİV-ə yoluxma hallarının təxminən 64%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyatda olanların 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır.

Xəbərlər
02/05/2013