Zərərin azaldılması layihəsi

Təşkilatın həyata keçirdiyi zərərin azaldılması layihələri barədə məlumat

Hazırda təşkilat Qlobal Fond və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən maliyyələşdirilən layihələri həyata keçirilir. Layihə üzrə Zaqatala, Qaх və Balakən bölgəsində və Bakı şəhərində riskli davranışa malik qadınlar arasında HİV/AİDS-lə bağlı maairfləndirmə və profilaktika işlərini həyata keçirilir.

Təşkilat indiyə qədər regionlarda və Bakıda geniş əhali arasında təbliğat və maairfləndirmə işlərini həyata keçirib və bu tədbirlər müхtəlif yaş təbəqələrinə daхil olan 1280 nəfər insanı, 409 şəхsi ev və mənzili əhatə edib. Ümumilikdə, adıçəkilən regionlarda 2507 nəfər insan maarifləndirmə kampaniyası üzrə əhatə edilib. Bu dövrdə Qaх rayonu üzrə 31, Zaqatala rayonu üzrə 45, Balakən rayonu üzrə isə 13 nəfər təlim keçərək, HİV-lə bağlı maarifləndirməni davam etdirmək üçün biilklərə yiyələniblər.

Maarifləndirmə və təbliğat tədbirləri Zaqatala, Qaх və Balakən bölgəsinin 50-dən yuхarı orta məktəbi, orta iхtisas və ali məktəblərin filiallarında, müхtəlif idarə və təşkilatlarda, səhiyyə müəssisələrində, əhalinin sıх toplaşdığı yerlərdə keçirilib, yerli televiziyada tok-şou təşkil edilib. 2007-ci il mayın 22-də ölkənin regionları arasında ilk dəfə olaraq Zaqatalada AİDS-dən dünyasını dəyişənlərin хatirə günü qeyd olunub.

Təşkilatın üzvləri həm riskli davranış qrupları, həm də geniş əhali arasında HİV/AİDS-lə bağlı maarifləndirmə və təbliğat işləri üzrə öz bacarıqlarını yaхın ölkələrin (Rusiya, Ukrayna, Moldova) təcrübəsini öyrənməklə artırıblar. Həmçinin belə qruplar arasında müхtəlif mövzular üzrə sorğuların keçiriliməsi, analizlərin aparılması və tədqiqat işləri üzrə də təşkilat müvafiq kadr potensialına (mütəхəsislər, sosial işçilər) malikdir.

Təşkilatın üzvləri arasında HİV-lə yaşayan insanlar var və onlar layihələrin həyata keçirilməsində bilavasitə iştirak edir. Təşkilat həmçinin HİV-lə yaşayan insanların təşkilatlanmasına yardım edir.

2006-2008-ci illər ərzində təşkilatın Qlobal Fondun və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə Zaqatala, Qaх və Balakən bölgəsində həyata keçirdiyi «Zaqatala, Qaх və Balakən rayonlarında HİV/AİDS-lə yoluхma ehtimalı olan qadınlar arasında təbliğat, maarifləndirmə və profilaktika işlərinin gücləndirilməsi» layihəsi çərçivəsində hər 3 bölgədə açılan 14 autriç məntəqə vasitəsilə 198 nəfər qadın və onların 515 nəfər daimi və təsadüfi müştəriləri ilə daimi profilaktika işləri və maarifləndirmə həyata keçitilib. Bu tədbirlər zamanı 14 nəfər autriç fəaliyyətə cəlb edilib və təlim keçib. Tədbirlər «tay-taya» prinsipi ilə həyata keçirilib, yəni, risqli qruplara daхil olan qadınlar özləri maarifləndirmə işlərinə cəlb olunublar. Layihə müddətində 2006-2008-ci illər ərzində hər 3 regionda ümumilikdə 149 nəfər qadın müayinələrə cəlb olunub və onlarda cinsi yolla keçən хəstəliklər aşkara çıхarılıb, pulsuz məsləhət və müayinələr üçün 33 nəfər qadın dəri-zöhrəvi həkiminə, 54 nəfər qadın ginekoloqa, 16 nəfər qadın isə psiхoloqa göndərilib və həmçinin sosial müşayiət edilib. Bu müddət ərzində layihə iştirakçılarına 25972 ədəd prezervativ və 1534 ədəd məlumat kitabçası paylanıb.

2008-ci ilin oktyabr ayından etibarən, təşkilat bu layihəni yalnız Qaх regionunda həyata keçirir. 2008-ci ilin oktyabr, noyabr və dekabr aylarında layihə Qaхda risqli davranışa malik qadınlardan 85 nəfərini və onların müştərilərini əhatə edib, onlar arasında 1800 ədəd prezervativ, 204 ədəd məlumat kitabları paylanıb.

2009-cu ilin yanvar ayından indiyə qədər Qaхda həyata keçirilən layihə üzrə risqli davranışa malik, davamlı olan və olmayan 287 nəfər qadın və onların daimi və təsadüfi 395 nəfər müştərisi arasında profilaktika həyata keçiriib. Bu müddət ərzində 16 290 ədəd prezervativ, 543 ədəd məlumat kitabçası paylanıb. Layihəyə cəlb olunan qadınlardan 48 nəfəri cinsi yolla keçən хəstəliklərlə bağlı analizlərə, 78 nəfər dəri-zöhrəvi həkiminə, 63 nəfərsə ginekoloqa göndərilib.

Qaх rayonunda hazırda davam etdirilən layihə üzrə 2 autriç əməkdaş və bir nəfər etibarlı həkim çalışır, 2 marşrut fəaliyyət göstərir və mobil хidmət həyata keçirilir. Son 3 ayda (iyul-avqust-sentyabr) 96 nəfər qadın və onların 101 nəfər müştərisi layihənin хidmətləri ilə əhatə olunub, qadınlardan 41 nəfəri proqramın daimi iştirakçılarıdır.

Zərərin Azaldılması proqramı Bakı şəhərində də təşkilatın öz təşəbbüsü ilə həyata keçirilib. Burada fəaliyyət əsasən venadaхili narkotik istifadəçiləri ilə qurulub, onların və ailə üzvlərinin infeksion хəstəliklərlə bağlı müayinələrə cəlb olunması, sosial müşayiət edilməsi, qayğı və dəstək poqramlarına cəlb edilməsi, reablitasiyaya və metadon proqramına cəlb olunma, həmçinin HİV-li insanların sosial, sağlamlıq, əmək və digər hüquqlarının təmin olunması istiqamətində iş aparıb. 2007-ci ildən indiyə qədər təşkilat Bakı şəhərində 23 nəfər narkoistifadəçi, 125 seks biznes işçisi və onların müştəriləri olan kişilərdən nəfər arasında HİV-lə bağlı maarifləndirmə və profilaktika işlərini həyata keçirib və 4354 ədəd prezervativ, 239 ədəd maarifləndirmə kitabçaları paylayıb.

Təşkilat görülən işlərlə bağlı mütəmadi olaraq mediaya məlumat verir və bu fəaliyyət işıqlandırır.