Təşkilatın strukturu, üzvlüyü haqqında məlumat
Təşkilatın əsas ali orqanı ümumi yığıncaqdır. 3 ildən bir keçirilir və həmin yığıncaqda təşkilatın 5 nəfərdən ibarət idarə heyəti seçilir. İdarə heyəti 2 nəfərlik monitorinq qrupunu formalaşdırır. Təşkilata üzvlük sərbəstdir. Hazırda təşkilatın 39 üzvü var və onlardan 8-i layihələrdə çalışır. Təşkilatın mərkəzi ofisində daimi olaraq katibliyin əməkdaşı olan 2 nəfər çalışır. Təşkilatın nəzdinde HİV-lə mübarizədə Жurnalistlərin Təşəbbüs Qrupu adlı 12 nəfərdən ibarət peşəkar media qrupu yaradılıb.
Əsas maliyyə mənbələri
– Yerli təşkilatların və vətəndaşların könüllü verdikləri sponsorluq və ianələr
– Beynəlxalq və yerli təşkilatlardan alınan qrantlar
– Qanunvericiliklə qadağan olunmamış digər mədaxillər
– Dövlət büdcəsindən ayrılan vəsait