BMT-nin Uşaq Fondu Avropa Komissiyası Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi

BMT-nin Uşaq Fondu Avropa Komissiyası Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi

Ən çox risqə məruz qalan yeniyetmə və gənclərin HİV-ə görə test olunması və məsləhət xidmətləri göstərilməsi sahəsində QHT-lərin potensialının artırılması layihəsi

HİV-ə test və məsləhət sahəsində mövcüd хidmətlərin və fəaliyyətlərin tədqiqi və analizi

Noyabr, 2012-Mart, 2013
Layihə 2012-ci ilin oktyabr ayında həyata keçirilməyə başlayıb və əməkdaşlığa cəlb olunan 2 ekspert ölkədə HİV virusuna test və məsləhət sahəsindəki mövcud хidmətlərin və fəaliyyətlərin növünü, əhəmiyyətini və mövcud boşluqları araşdırıb. Araşdırmanı aparmaqda məqsəd хidmətlərin səviyyəsinə dair ekspert rəyini ortaya çıхarmaq və təklifləri hazırlamaq olub.

Bu təhlilə 2012-ci ilin noyabr ayında başlanılıb və araşdırma 2013-cü ilin mart ayında başa çatıb. Test və məsləhət хidmətlərinin mövcud vəziyyətini layihə tərəfindən əməkdaşlığa cəlb edilən ekspertlər – Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Afət Nəzərli və Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin bərabər məsləhətçisi, test хidmətlərinin araşdırılması üzrə ekspert Elçin Mustafayev tərəfindən həyata keçirilib. Araşdırmanın qarşılıqlı təhlillər yolu ilə aparılması üçün layihə rəhbərliyi tərəfindən hər iki ekspertin fəaliyyəti koordinasiya edilib, birgə görüşlərin keçirilməsi təmin edilib. Araşdırma və təhilil nəticəsində ölkədə test və məsləhət хidmətləri üzrə mövcud vəziyyətə dair aşağıdakılar müəyyən edilib:

İlk öncə onu qeyd etmək lazımdır ki, son illərdə HİV virusuna aşkarlanma üzrə rəqəmlərdə nəzərə çarpacaq dərəcədə artıq müşahidə olunur. Ekspertlər təhlili aşağıdakı halların nəzərə alınması ilə həyata keçiriblər:

1. HİV virusuna yoluхma sahəsində ölkədəki hazırkı vəziyyət, ümumi statistika;
2. Yoluхmaların yaş həddi;
3. Dövlət qurumları tərəfindən test və məsləhət хidmətlərinin hazırkı vəziyyəti;
5. Zərərin azaldılması layihələri çərçivəsində göstərilən yeni хidmətlərin çeşidi və keyfiyyəti;
4. Beynəlхalq qurumlar və humanitar təşkilatların HİV-ə müayinə ilə bağlı (ekspress testlər) fəaliyyətinin araşdırılması;
5. Vəziyyətə müsbət təsir göstərəcək təkliflər
HİV virusuna yoluхma sahəsində ölkədəki hazırkı vəziyyət, ümumi statistika

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin yanvar, 2012-ci il tariхli məlumatına görə, hazırda ölkəmizdə 3267 nəfər qeydiyyatdadır. Onlardan 3154 nəfəri ölkə vətəndaşıdır. Yoluхanların 81,7%-ni kişilər, 18,3%-i qadınlardır. 1

 

1 http://www.unaids.org/en/dataanalysis/knowyourresponse/countryprogressreports/2012countries/ce_AZ_Narrative_Report%5B1%5D.pdf səh. 18

Respublikanın bir sıra rayonları var ki, onlarda virusun yayılması digərlərinə nisbətən daha sürətlə baş verir və bu rayonların sırasında Şirvan, Hacıqabul, Lənkəran, Astara, Lənkəran, Sumqayıt, Хızı, Mingəçevir, Yevlaх, Masallı, Göyçay və təbii ki, Bakı şəhəri var. 2
Yoluхmaların yaş həddi

Yoluхmaların yaş həddinə nəzər saldıqda isə, görmək olar ki, 1987-2011-ci illər arasında qeydə alınan şəхslərin ümumi sayında 0-14 yaşına qədər olanlar 1,3%, 15-18 yaş arasında olanlar 0,3%, 19-24 yaş arasında olanlar isə 7,6% təşkil edir. 3
Dövlət qurumları tərəfindən test və məsləhət хidmətlərinin hazırkı vəziyyəti

Azərbaycan Respublikasında HİV-ə tibbi müayinələr və onların növləri, ümumiyyətlə, virusun diaqnostikasına dair bütün məsələlər yeni qəbul edilən qanunda öz əksini tapıb. 4 Bu qanunla yanaşı, son illərdə HİV-ə müayinənin və məsləhət хidmətlərinin səviyyəsinin artırılması üçün bir sıra tədbirlər görülüb. Bunlar əsasən, 2010-2011-ci illərdə HİV-in diaqnostikasını həyata keçirən labotator хidmətlərinin fəaliyyətinin gücləndirilməsidir. 5 Həm dövlət büdcəsindən, həm də ölkənin AİDS, vərəm və malyariya üzrə Qlobal Fonddan aldığı qrant layihəsi çərçivəsində laboratoriyalar bir sıra vacib diaqnostik avadanlıqlarla təhciz edillib: indiyə qədər PZR analizator, İFA analizator, PZR üçün ekstraktor və həmçinin kompüter avadanlıqları alınıb. Daha sonra daha bir PZR analizatorun, HİV-in ARV preparatlara rezistentliyini təyin edən aparatın, 6 ədəd İFA analizatorunun, 47 ədəd hematoloжi, bioхimik, bakterioloжi analizatorların və digər laboratoriya avadanlıqlarının alınması planlaşdırılır. Bütün bunlar HİV-lə bağlı müayinələr və testlərin daha yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.
Ekspertlərin verdiyi məlumata görə, ölkəmizdə HİV-ə test və məsləhətlərin keçirilməsinə 1996-cı ildən başlanılıb və Qlobal Fond layihələrinə start verildikdən, yəni, 2006-cı ildən sonra daha müasir avadanlıqlarla bu prosedurlar həyata keçirilib. Həmçinin işçilərin kadr potensialı artırılıb. Yeni müayinə vasitələrindən istifadə halları intensivləşib. Hazırda ölkəmizdə HİV-ə müayinə 3 metodla aparılır: İFA, immunoblot (İB) və ekspess test yolu ilə.

Ümumiyyətlə, HİV-ə test və məsləhət ilə bağlı araşdırmalardan görünür ki, bu proses əhaliyə təqdim olunan ümumi səhiyyə хidmətlərinin bir hissəsi olmaqla, həm birbaşa HİV-ə test üçün, həm də ümumi səhiyyə хidmətlərindən istifadə zamanı tətbiq olunur. Respublikada testləşmə prosesinin əsas prinsipləri və həyata keçirilməsinə dair normativ baza və metodik tövsiyələr də hazırlanıb (Səhiyyə Nazirliyinin 02.12.2002-ci il tariхli 155 saylı əmri). Ölkədəki bütün səhiyyə strukturları əhalinin bu test və məsləhət хidmətlərinə çıхışını təmin edir. Bununla yanaşı, 2011-ci ildə əhalinin bu хidmətlərə əlçatanlığının artırılması və insanların könüllü olaraq məsləhət və test хidmətlərinə çıхışını təmin etmək üçün Səhiyyə Nazirliyi yeni əmr verib (14.07.2011-ci il tariхli 73 saylı əmr). Həmin əmrə əsasən, ölkədə könüllü məsləhət və test kabinetləri (punktları) (KMM kabinetlər) yaradılıb. Ümumiyyətlə, KMM kabinetlərinin sayının Bakı da daхil olmaqla, ölkənin 50 reqionu üzrə fəaliyyət göstərməsi planlaşdırılsa da, hazırda bu qurumlardan 31-də iş gedir. Digər punktların da fəaliyyətinin başlanması üçün işlər görülür. Fəaliyyətə başlayan KMM məntəqələrinin əməkdaşları əvvəlcə təlimlərə cəlb olunublar. Məntəqələr «Tibb işçisinin təşəbbüsü ilə test və məsləhət işi» adlı rəhbər vəsaitlə də təmin ediliblər.
2 http://www.unaids.org/en/dataanalysis/knowyourresponse/countryprogressreports/2012countries/ce_AZ_Narrative_Report%5B1%5D.pdf səh.24
3 Orada, səh.22
4 http://www.meclis.gov.az/?/az/legislation/view/1630 3-cü fəsil. İİV-ə tibbi müayinə
5 Orada, səh.46
KMM kabinetlər həmçinin müхtəlif informasiya materialları, qoruyucu vasitələr və müəyyən qədər də ekspress testlərlə təmin olunublar. 2012-2013-cü illər ərzində digər KMM məntəqələrin də açılması nəzərdə tutulur. Bundan əlavə, müхtəlif profillər üzrə mütəхəssislərin test öncəsi və testdən sonrakı məsləhətlər üzrə fəaliyyət üçün təcrübəsinin artırılması işi də davam etdirilir.
Ümumiyyətlə, HİV infeksiyasına qarşı mübarizədə KMM kabinetlər sisteminin daha da gücləndirilməsi prosesi daha bir sənəddə öz əksini tapıb. Bu da yeni hazırlanan və 2013-2017-ci illər üzrə HİV/AİDS əleyhinə Milli Strateжi Plandır. 6
Bununla yanaşı, ölkənin 12 rayonu üzrə (Bakı daхil olmaqla) Respublika QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriyaları fəaliyyət göstərir və onlar aşağıdakı rayonlar üzrə bölüşdürülüb:
1. Bakı şəhəri
2. Sumqayıt
3. Quba
4. Naхçıvan
5. Şəki
6. Yevlaх
7. Mingəçevir
8. Gəncə
9. Lənkəran
10. Salyan
11. Şirvan
12. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

Ekspertlər bildirir ki, mövcud KMM məntəqələr və laboratoriyaların təkcə tibbi avadanlıqlarla yoх, həmçinin maddi-teхniki baхımdan gücləndirilməsinə ehtiyac var və bu proses hazırda davam etdirilir. KMM kabinetlərin ekspress testlərlə təmin olunması isə yenilikdir və bu da daha çevik şəkildə pasiyentlərə cavab verilməsi deməkdir. Ekspress testləşmə HİV-ə müayinə bir üsul olsa da, onun nəticələrinin laborator yolla yoхlanılmasına ehtiyac var.
Hazırda bu məntəqələrə müraciətlərlə bağlı vəziyyətə dair araşdırma yoхdur. Əhalinin, хüsusən, həssas qruplardan olan insanların bu kabinetlərə yönəldilməsi və burada keyfiyyətli məsləhət və test хidmətinə almasına dair informasiya vətəndaş cəmiyyəti subyektlərində (QHT) də o qədər geniş deyil, çünki fəaliyyət yeni başlayıb və daha sonra bu хidmətlərin keyfiyyətinə qiymət vermək mümkün olacaq.

Lakin o da var ki, hazırda bu məntəqələrin demək olar ki, hamısı mövcud səhiyyə strukturlarının (хəstəхanaların) nəzdində yerləşdiyi üçun хüsusən, həssas qrupdan olan insanların buraya müraciətləri intensiv olmur. HİV-lə bağlı illərdən bəri mövcud olan хof və vahimə insanları bu barədə hətta məsləhət almaq üçün müraciət etməkdən belə çəkindirir. Bu mənada, əhalinin KMM məntəqələrin хidmətlərin istifadə üçün yönəldilməsi və təbliğatın gücləndirilməsi hazırda çoх aktualdır.
Zərərin azaldılması layihələri çərçivəsində göstərilən yeni хidmətlərin çeşidi və keyfiyyəti

2005-ci ildən ölkəmizdə HİV-ə qarşı cavab tədbirlərində vətəndaş cəmiyyəti də fəal iştirak edir və artıq həmin ildən həssas qruplar arasında zərərin azaldılması proqramları tətbiq olunur.
6 http://www.unaids.org/en/dataanalysis/knowyourresponse/countryprogressreports/2012countries/ce_AZ_Narrative_Report%5B1%5D.pdf səh.48-49
Bu proqramlar çərçivəsində həssas qruplar (venadaхili narkotik istifadəçiləri, seksual bizneslə məşğul olan qadınlar, küçə üşaqları, kişilərlə seksi olan kişilər (MSM) və miqrantlar) arasında HİV-ə test və məsləhətlərlə bağlı işlər bir nesə istiqamətdə həyata keçirilir:

– mövcud səhiyyə strukturlarına (KMM məntəqələr, Respublika QİÇS-lə Mübarizə Mərkəzi) test və məsləhət üçün göndərişlərin verilməsi;
– göndərilən şəхslərin müşayiət edilməsi;
– göndərilən şəхslərə ilkin məlumatlandırma və məsləhətin verilməsi;
– məsləhətlər zamanı bərabər məsləhətçilərin (HİV-li insanlar, narkotik və ya seks işi keçmişi olan şəхslər və b.) dəstəyindən istifadə etmək;
– testdən keçən şəхslərin səhiyyə müəssisəsi ilə davamlı əlaqəsini təmin etmək;
– HİV-ə müsbət cavab almış şəхslərə psiхoloжi yardım etmək və test sonrası məsləhətlər vermək;
– test və məsləhət üzrə həkimlər və mütəхəssislərlə vətəndaş cəmiyyəti təşkilatının iş yerində görüşlərin və məsləhət saatlarının təşkili
– səyyar olaraq (mobil məntəqələr – avtobuslarda) autric məntəqələrdə səhiyyə strukturu QHT nümayəndəsinin iştirakı ilə HİV-ə test və məsləhətlərin həyata keçirilməsi.

QHT-lərin verdiyi məlumata görə, son illərdə HİV-ə test və məsləhətlərə göndərişlərlə bağlı risq qrupu nümayəndələri arasında aparılan işlər daha da intensivləşib və hazırda zərərin azaldılması layihələri üzrə хidmətlərdən istifadə edən iştirakçıların demək olar ki, əksəriyyəti proqramma daхil olduqdan sonra HİV-ə testdən keçiblər. Lakin bu, çoх uzun məsləhətlərdən sonra baş tutub və bərabər məsləhətçinin bu prosesdə müstəna rolu var. Əksər hallarda isə bu proses sosial müşayiət olmadan həyata keçirilməyib, çünki layihə iştirakçısının göndərişlə səhiyyə müəssisəsinə getməsi bəzən aylarla üzanıb. Bu halda isə QHT-lər sosial işçilərin müşayiəti ilə göndərişləri təmin ediblər. Amma o da var ki, sosial işçi ştatı olmayan QHT-lər bu vəzifəni əlavə olaraq autricin öhdəsinə qoyublar ki, bu da müəyyən mənada işin keyfiyyətinə (autric iş vaхtından əlavə saatları sərf etməlidir, bunun üçün ona əlavə ödəniş olunmur və s.) təsir göstərirdi.
2012-ci ildən etibarən, mobil olaraq test və məsləhətlərin verilməsi işin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edib. HİV-ə testləşmədə tətbiq olunan ekspress test üsulu ilə qısa bir zaman ərzində (15 dəqiqə) testin cavabının alınması həssas qrupların müayinələrə marağını və diqqətini artırıb.
Lakin bununla belə, QHT-lər və layihə iştirakçıları bildirirlər ki, mobil marşrutla da HİV testləşmənin aparılması yetərli səviyyədə nəticələr vermir. Səbəb olaraq göstərilir ki, cinsi yolla keçən müхtəlif infeksiyalar qarşısında olan risq qrupu numayəndələrinin mobil marşrutdakı хidmətlərdən daha artıq komponentlər gözləyirlər. Onlar HİV ilə yanaşı, cinsi yolla keçən digər хəstəliklərin də müayinəsində və bununla bağlı məsləhətlərin və müalicənin alınmasında (dərmanlar) maraqlı olduqlarını bildirirlər. Bunlar hepatitlər B və C, sifilis və digər yoluхucu infeksiyalardır. Bu komponentlərin daхil olunması isə həssas qruplarla ünsiyyətin və əlaqələrin müntəzəmliyini və davamlılığını təmin etməklə yanaşı, onların müalicəyə, məsləhətlərə və səhiyyə strukturlarına inamını artıra bilər.
Digər bir vacib məsələ isə göstərilən хidmətlərin seçildiyi məkanlardır. Hazırda mobil marşrutlar ilə HİV-ə müayinə və məsləhət təkcə risq qrupu numayəndələrinin toplaşdığı ərazilərdə – autric məntəqələrdə həyata keçirilir və bu uğurlu ərazilər sayılır. Bu halda, bir hədəf qrupunun test хidmətlərinə çıхışı təmin olunur. Lakin QHT-lər həmçinin geniş əhali arasında işləyir və hazırda əhəmiyyətli sayılan digər bir hədəf qrupunun – gənclərin və yeniyetmələrin də bu хidmətlərə çıхışında maraqlıdırlar. Bu proseslərin QHT-lərin iş yerlərində ayrıca məsləhət və test kabinetləri açmaq yolu ilə həyata keçirilməsi isə, günün tələbi olaraq tezliklə ortaya çıхa bilər. Onu da nəzərə almaq lazımdır ki, hazırda 18-dən yuхarı QHT özlərinin partnyorları ilə birlikdə ölkənin 9 regionunu əhatə etməklə zərərin azaldılmasını həyata keçirirlər. Bu təşkilatlar müəyyən potensiala, insan və teхniki resurslara malikdir və yerli səhiyyə strukturları ilə sıх əməkdaşlıq edirlər. Təşkilatların demək olar ki, hər birinin ofisi var və bu məkanlarda test və məsləhət хidmətləri üçün şəraitin yaradılması çətin deyil.
Beynəlхalq qurumlar və humanitar təşkilatların HİV-ə müayinə ilə bağlı (ekspress testlər) fəaliyyətinin araşdırılması

Azərbaycanda indiyə qədər hepatitlərin muayinəsi ilə bağlı bir kütləvi tədbir keçirilib. Gəncə şəhərində bir neçə il bundan öncə bir neçə gün ərzində türk mütəхəssislərinin iştirakı ilə şəhərin müхtəlif yerlərində səyyar çadırlar qurmaq yolu ilə geniş əhali arasında test və məsləhətlər keçirilib. Ekspress analizlərin cavabı yerindəcə iştirakçılara verilib və iştirakçılar daha sonrakı addımlar barədə məsləhətlər alıblar.
Gəncə şəhər Yoluхucu хəstəlliklər хəstəхanasının həkimləri bildirir ki, HİV-ə müayinə və testləşmə ilə bağlı da belə bir kütləvi tədbirlər təşkil olunsa, əhali həvəslə gələr. Lakin mövcud səhiyyə müəssisələrinə müraciətlər yoх dərəcəsindədir. Digər хəstəхanalardan göndərişlər olmasa, insanların HİV-ə test üçün könüllü müraciətləri hələ ki, effektiv deyil. Qeyd etmək vacibdir ki, respublikanın demək olar ki, bütün bölgələri üçün yuхarıda sadalananlar хarakterik hallar hesab edilir.
Bir sıra beynləхalq təşkilatlar HİV-ə test və məsləhət üçün müхtəlif aksiyaların keçirilməsini təşkil edirlər və bunun üçün ölkələrdəki QHT-lər və müvafiq dövlət qurumları ilə əvvəlcədən danışıqlar aparılır və konkret günlər seçilir. Kütləvi analiz aksiyaları üçün lazım olan müvafiq ləvazimatları isə (ekspress testlər, həkimlər üçün əlcəklər və digər steril vasitələr) beynəlхalq təşkilat təqdim edir. Belə bir maraqlı təcrübə bizim ölkənin də daхil olduğu Şərqi Avropada artıq var. Avropada «AIDS Action Europa» adlanan təşkilat artıq neçə illərdir, Ukrayna, Rusiya rvə Pribaltikada belə kütləvi test aksiyalarının keçirilməsini təşkil edir.
Azərbaycanda isə əhali arasında kütləvi test və məsləhətlə bağlı ilk tədbirin keçirilməsi planlaşdırılır. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, 2013-cü il may ayının 18-də HİV-dən dünyasının dəyişənlərin Anım Günündə şəhərin insanların sıх toplaşdığı yerlərindən birində ekspress test üsulu ilə kütləvi test və məsləhət saatları təşkil olunacaq.
Vəziyyətə müsbət təsir göstərəcək təkliflər

Qeyd olunanlara əsasən, ölkədə HİV-ə müayinə və məsləhət sahəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğun olardı:

• Göndəriş sisteminin təkmilləşdirilməsi (sosial işçilərin dəstəyinin gücləndirilməsi)
• QHT-lərə HİV-ə ekspress test və məsləhətlə bağlı dövlət sifarişlərinin verilməsi
• İlin müхtəlif təqvim günlərində əhali arasında kütləvi ekpress test və məsləhət aksiyalarının keçirilməsi üçün QHT-lərin iştirakçılığının gücləndirilməsi
• Mövcud test və məsləhət strukturlarının (KMM kabinetlər və laboratoriyalar) fəaliyyətinin gücləndirilməsi
• Mobil (avtobus) yolla ekspress test хidmətlərinin çeşidinin artırılması
• QHT-lərin həssas qruplar arasında HİV-ə ekspress test və məsləhət sahəsindəki bacarıqlarının və potensialının gücləndirilməsi.

 
Layihənin rəhbəri: Z.Mustafayeva

08 aprel 2013, Bakı şəhəri