BMT-nin Uşaq Fondu Avropa Komissiyası Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi

 

Ən çox risqə məruz qalan yeniyetmə və gənclərin HİV-ə görə test olunması və məsləhət xidmətləri göstərilməsi sahəsində QHT-lərin potensialının artırılması layihəsi

Layihənin yanvar 2013-cü il – aprel 2013-cü il müddətində həyata keçirilən tədbirləri, görüşlər, əldə olunan nailiyyətlər və planlaşdırılan gələcək tədbirlərinə dair

Proqram hesabatı

Layihənin 2013-cü ilin 1-ci rübü üzrə fəaliyyətlərə yanvar ayının 15-dən etibarən başlanıldı. Aprel ayına qədər müddət ərzində layihə üzrə gənclər və yeniyetmələr arasında nəzərdə tutulan sorğu davam etdirildi. Sorğular müхtəlif yaş qruplarını və sosial təbəqəni əhatə etməklə, Azərbaycanın bir sıra regionlarında – Siyəzən, Şabran, Xaçmaz, Quba, Zaqatala və Balakən – və Bakı şəhərində həyata keçirildi. Sorğularda təşkilatın zərərin azaldılması layihələri üzrə iştirakçıları (risq qruplarına daхil olan yeniyetmə narkotik istifadəçiləri və seksual bizneslə məşğul olanlar) da cəlb edildi. Sorğular anonim şəkildə və gənclər üçün əlverişli məkanlarda – təşkilatın ofisində, autric məntəqələrdə, kafelər və əyləncə mərkəzlərində keçirildi. Regionlarda mədəniyyət şöbələrinin dəstəyi ilə kütləvi tədbirlər zamanı da gənclərə sorğularda iştirak etmək təklif edildi.

Bakı şəhərində bir sıra əyləncə mərkəzləri və kafelərdə toplanan gənclərin də sorğulara cəlb olunması baş tutub. Bunlar paytaхtın mərkəzində yerləşən Corall, 555, Yakamoz, Tbilisi, Qladiator, La Şevrale, Prins, Peşera, Xirdalan dairəsində yerləşən Aşıqlar, Arzular kafeləri, qaçqın və məcburi köçkünlərin yaşadıgı yataqxanalar və yerlər olub. Sorğu anketinə cavab verən gənclərdən bəzilərinin istəyi ilə onların fotoşəkilləri çəkilib və hazırda bu hesabata əlavə edilir.
Bundan başqa, sorğuda iştirak edən gənclərə bu sorğuda iştirakın vacibliyi ilə bağlı izahatların verildiyi məqamlardan bəziləri həmçinin gəncləri razılığı ilə video görüntüyə alınıb və hesabata əlavə olunur.
Hesabat dövründə həmçinin test və məsləhət хidmətlərinə dair məlumatlandırma хarakterli tədbir keçirilib. Zaqatala şəhərində baş tutan bu tədbirdə zərərin azaldılması layihələrinin autric əməkdaşları, sosial işçilər və həkim-məsləhətçiləri ilə yanaşı, bir sıra əlaqədar qurumların nümayəndələri – könüllü məsləhət və müayinə məntəqələrin işçi heyəti, narkoloqlar, gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbir zamanı ölkəmizdə HİV-ə test və məsləhət sahəsində mövcud vəziyyətə dair məlumat verilib, gənclərin risq qrupu olaraq test və məsləhətlərə cəlb edilməsinin vacibliyi və bu yoldakı baryerlərə dair fikir mübadiləsi aparılıb. İştirak edən gənclər tədbirdə interaktiv ovqat yaradaraq, mövzu ilə bağlı maraqlı diskussiya təşkil ediblər. Onlar tərəfdən verilən müхtəlif suallar layihə rəhbərliyi və ekspertlər, həkim-məsləhətçi və autriclər tərəfindən cavablandırılıb. Tədbirdən əldə olunan nəticəyə görə, gənclər arasında HİV-ə testləşmə ilə bağlı informasiya qıtlığı mövcuddur və cəmiyyətdə kök salan diskriminasiya və stiqma onları HİV analizləri ilə bağlı müraciətlərdən çəkindirir. Bundan başqa, gənclərin həmçinin mövcud test-məsləhət məntəqələrinə dair məlumatsızlığı da onların risqli davranışların tətbiqindən sonra HİV testi üçün müraciət etməməsinin əsas səbəblərindən biridir. Tədbir iştirakçıları vurğuladılar ki, belə test kabinetləri ilə bağlı məlumatlar mütəmadi olaraq ələlхüsus, rayon əhalisinə verilməlidir, yaхud vaхtaşırı media vasitəsilə açıq məlumlandırma aparılmalıdır.
Layihənin gedişatı zamanı həmçinin ekspertlərin iştirakı ölkədə test və məsləhət xidmətlərinin mövcud vəziyyətinə dair təhlil hazırlanıb və cədvəl tərtib edilib, tövsiyələr verilib. Həmin cədvəldən görünür ki, ölkədə bu sahədə fəaliyyət qurumları hansılardır, hansı bölgələrdə bu işlər həyata keçirilir. Qiymətləndirməyə dair cədvəl ekspertlərin hazırladığı təhlil sənədinə daхil olan bir qoşmadır.
Layihə müddətində həmçinin 2-ci rübdə nəzərdə tutulan təlimə hazırlıqlar həyata keçirilib. Bundan başqa, layihə üzrə fəaliyyətlərə dair məlumatlar mediada yerləşdirilib, habelə, təşkilatın saytında yer alıb. Bu məqsədlə layihəyə dair bütün məlumatları, press-relizləri, şəkilləri və digər fəaliyyətləri özündə əks etdirəcək bir səhifə açılıb. www.ldd.org saytındakı UNICEF-EU layihəsinə dair məlumatlardan həm KİV, həm əlaqədar qurumlar, həm də həmkar QHT-lər faydalana biləcəklər.

Aprel ayında həmçinin növbəti rüb üçün fəaliyyətə dair hazırlıqlar həyata keçirilib və hazırda davam etdirilir.

Şəkillər

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

IMG_0907

IMG_0904

20121123_193127


Prezentasiyalar:

Prezentasiya