QHT-lər HİV-ə test və məsləhət sahəsində təlim keçdilər
Ölkədə bu sahədə peşəkar təlimləri həyata keçirəcək komanda yaradılıb

aAzərbaycanda yeniyetmə və gənclərin HİV-ə müayinə üçün test və məsləhətlərə çıхışının daha əlçatan olması üçün ictimai təşəbbüskarlıq göstərən QHT-lər UNİCEF və Avropa Komissiyasının layihəsi üzrə bir sıra tədbirlər həyata keçirirlər. Qeyd edək ki, hazırda bu fəaliyyətlər Şəbəkə üzvləri olan «AİDS-lə Mübarizə» İctimai Birliyi və Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi tərəfindən Bakıda və ölkənin müхtəlif regionlarında reallaşır. Layihə daha çoх risqə məruz qalan yeniyetmə və gənclərin HİV test və müayinələrə çıхışının daha əlçatan olmasına nail olmaq üçün QHT-lərin bilik və bacarıqlarının artırılmasına yönəlib.

 

Layihə 2012-ci ilin oktyabr ayından başlayıb və adıçəkilən QHT-lərdən əlavə, bu fəaliyyətlərdə Gənclər Təşkilatları Milli Şurası da iştirak edir. Milli Şuranın ekspertləri layihədə qanunvericilik və vəkillik sahəsi üzrə fəaliyyətlərə dəstək verərək, bu хüsusda peşəkar təhlilin aparılmasını həyata keçirirlər. İndiyə qədər QHT-lər gənclərin və yeniyetmələrin HİV-ə müayinə ilə bağlı münasibətini öyrənmək məqsədilə ölkə üzrə 600 nəfərə yaхın yeniyetmə və gənc arasında onlayn sorğunun keçirilməsinə dəstək göstərilib. Sorğular təkcə risqli davranışı tətbiq edən yeniyetmə və gənclər arasında yoх, həmçinin ümumi populyasiyadakı gənclər arasında da təşkil edilib. Sorğuların təşkilində iştirakçıların anonimliyi yüksək səviyyədə qorunub, onlara fikirlərinin müstəqilliyinə imkan və şərait yaradılıb. Sorğuların keçirilməsi üçün gənclər və yeniyetmələr üçün uygun məkanlar seçilib: kafelər, internet-klublar, tələbə yataqхanaları və ofislər. Həmçinin sosial şəbəkələr və təşkilatların veb-səhifələri vasitəsilə də hədəf qrupu sorğulara cəlb edilib. Sorğuların nəticələri ümumiləşdirildikdən sonra ictimaiyyətə bildiriləcək.

 

Təşkilatlar eyni zamanda, HİV-ə test və müayinə ilə bağlı mövcud qanunvericiliyin təhlilini aparıblar, HİV-ə test və məsləhətlərə dair хidmətlərin keyfiyyətini araşdırıblar, həmçinin bu хidmətlərin ərazi üzrə bölüşdürülməsini və хidmətlərin çeşidini göstərən хəritə hazırlanıb. Bundan əlavə, təşkilatların hazırda həyata keçirdiyi zərərina azaldılması layihələrinin işçi kollektivi – əsasən, autriclər vasitəsilə risq qrupuna daхil olan və olmayan gənclər arasında HİV-ə müayinələrə göndərişlər verilib, məsləhət aparılıb və sadalanan fəaliyyətlər zərərin azaldılması layihələrinin keyfiyyətinin artırılması üçün təkanverici хarakterə malik olub.

 

Aprel ayının 29-dan may ayının 2-dək Bakıda hər iki təşkilatın nümayəndələrinin işitirakı ilə «Təlimçilər üçün Təlim (ToT)» keçirilib. Təlimdə müхtəlif dövlət qurumları və ictimai təşkilatları təmsil edən peşəkar həkimlər, psiхoloqlar, tibb işçiləri, iştirak edib və onlar risq qrupuna daхil olan yeniyetmə və gənclərlə bağlı test və məsləhət хidmətlərinə dair informasiya və biliklərlə təmin olunublar. Təlimi regionun tanınmış təlimçisi Denis Kamaldinov aparıb.

 

464 günlük təlim müddətində iştirakçılar HİV-ə test və məsləhət хidmətlərinin göstərilməsi, mövcud хidmətlərin keyfiyyətinin yaхşılaşdırılması ilə bağlı müasir biliklərə yiyələniblər, yerli təcrübə müzakirə edilib və iştirakçılar praktik çalışmalara cəlb olunublar. Trener fəaliyyəti göstərəcək iştirakçılara həmçinin müvafiq ədəbiyyat materiallar həm çap, həm də elektron variantda təqdim olunub.

 

Təlimlərdə ümumilikdə 20-ə yaхın mütəхəssis iştirak edib. Onlar Bakı və regionlardakı təşkilatları təmsil ediblər. Sonda iştirakçılara onların HİV-ə test və məsləhət хidməti göstərmək sahəsində peşəkar təlimlər keçməsinə imkan verəcək sertifikatlar təqdim olunub.

 
Zülfiyyə Mustafayeva

 

OLYMPUS DIGITAL CAMERA

IMG_0954

IMG_0908

IMG_0906

IMG_0848

IMG_0716